Bakı,TurkicWorld
İstanbul Universitetinin tibb fakultəsi xəstəxanası 18 ədəd labaratoriya aləti alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Sözügedən qurğu müqavilə imzalandıqdan sonra 20 gün ərzində işlək vəziyyətdə təhvil verilməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 23 dekabr 2024-cü il tarixinə qədər “İstanbul Üniversitesi İstanbul Tıp Fakültesi Dekanlığı Satınalma Müdürlüğü 34094 Çapa - Fatih / İstanbul Fatih/İstanbul” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir