Bakı,TurkicWorld
Antalya bələdiyyəsi 61 min 200 ədəd meyvəli və tərəvəzli qida məhsullarının alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Sözügedən qidalar körpə və kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 31 dekabr 2024-cü il tarixinə qədər “Antalya Büyükşehir Belediyesi Yüksek Alan Mah. A.Menderes Bulv. No:20 07310 Muratpaşa/Antalya” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir