Son dəqiqə

Türkiyədə tender

İstanbul bələdiyyəsi plotter alımı üzrə tender elan edib

Bakı,TurkicWorld

İstanbul bələdiyyəsi dijital folqa kəsmə maşını və plotter alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Sözügedən alətlər müqavilə imzalandıqdan sonra 75 gün ərzində bələdiyyəyı təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 11 dekabr 2024-cü il tarixinə qədər “İstanbul Büyükşehir Belediyesi Hizmet Binası İhale İşleri Şube Müdürlüğü, İhale Salonu Osmaniye Mah. Çobançeşme Koşuyolu Bulvarı No:5 Kat:4 Bakırköy/İstanbul” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir

Mövzuya görə xəbərlər