Bakı,TurkicWorld
İstanbul Universitetinin Cerrahpaşa tibb fakultəsi bir ədəd VEP-ERG Sistemi alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Sözügedən qurğu müqavilə imzalandıqdan sonra 20 dekabr 2024-cü il tarixinə qədər işlək vəziyyətdə təhvil verilməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 6 dekabr 2024-cü il tarixinə qədər “İstanbul Üniversitesi- Cerrahpaşa Rektörlüğü / Cerrahpaşa Tıp Fakültesi Dekanlığı Taşınır Mal Süreç Yöneticiliği Demirbaş Malzeme Deposu” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir