Bakı, TurkicWorld
Azərbaycan və İraq arasında logistika və tranzit potensialının inkişafı üzrə perspektivlər mövcuddur.
TurkicWorld xəbər verir ki, bu barədə İraq ticarət palataları federasiyasının Prezidenti Abdularazaq Əl-Zuhiri Azərbaycan-İraq biznes forumunda bildirib.
O, bu mövzular üzrə ətraflı müzakirələrin sabah Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşdə baş tutacağını qeyd edib.
"Logistika və tranzit məsələlərinin genişləndirilməsi Azərbaycan və İraq arasındakı iqtisadi münasibətlərin inkişafı üçün vacibdir", – o vurğulayıb.
İraq rəsmisi, həmçinin, bu gün yaradılan İşgüzar Şuranın iki ölkə arasındakı əməkdaşlığın güclənməsinə kömək edəcəyini əlavə edib.