Bakı, TurkicWorld
Azərbaycan və İraq yaxın gələcəkdə Bakıda biznes forumu keçirmək barədə razılığa gəliblər.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Səfir paylaşımda İraq Ticarət Palataları Federasiyasının sədri Əbdül Rəzzaq əl-Zuheyri ilə görüş keçirdiyini bildirib.
"Görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin hazırki vəziyyətini müzakirə etdik, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı investisiyaların təşviqi üçün imkanları araşdırdıq. Yaxın gələcəkdə Bakıda iki ölkənin növbəti biznes forumunun keçirilməsi barədə razılaşdıq", - paylaşımda deyilir.
Xatırladaq ki, ilk Azərbaycan-İraq biznes forumu 2023-cü ilin dekabrında Bağdadda keçirilib.