Bakı, TurkicWorld
İraqda Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda deyib.
O qeyd edib ki, gələn il Azərbaycandan ticarət və ixrac missiyası İraqa səfər edəcək.
Qeyd edək ki, "Azərbaycan-İraq" Biznes Forumunda Azərbaycandan 50-yə yaxın, İraqdan isə 15 şirkət iştirak edir.
Y.Abdullayev noyabrın 14-də İraq şirkətlərini Bakıda keçiriləcək COP29 çərçivəsində investorlar üçün nəzərdə tutulmuş tədbirlərdə iştirak etməyə dəvət edib.