Son dəqiqə

Trabzon beynəlxalq hava limanı

Trabzon hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin avqust ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 2 milyon 558 min 130 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 1 milyon 920 min 481 nəfər, beynəlxalq reyslər üzrə isə 10 faiz azalaraq 637 min 649 nəfər təşkil edib.

2024-cü ilin avqust ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 27 min 132 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 16 min 269 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 8 faiz azalaraq, 10 min 863 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 4 faiz azalaraq, 18 min 925 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz azalaraq, 12 min 468, beynəlxalq reyslər üzrə isə 8 faiz azalaraq 5 min 827 olub.

Bu ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 154 milyon 764 min 587 nəfər, yük daşınması isə 3 milyon 233 min 453 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Mövzuya görə xəbərlər