Son dəqiqə

Muğla Milas Bodrum Hava limanı

Muğla Milas-Bodrum hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin avqust ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 3 milyon 122 min 496 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 1 milyon 743 min 387 nəfər, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 1 milyon 379 min 109 nəfər təşkil edib.

2024-cü ilin avqust ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 33 min 48 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 14 min 771 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 8 faiz artaraq, 18 min 277 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 5 faiz artaraq, 29 min 970 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq, 16 min 822, beynəlxalq reyslər üzrə isə 12 faiz artaraq 13 min 148 olub.

Bu ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 154 milyon 764 min 587 nəfər, yük daşınması isə 3 milyon 233 min 453 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Mövzuya görə xəbərlər