Bakı, TurkicWorld
Avropa İttifaqının enerji üzrə komissarı Kadri Simson "Enerji İttifaqı"nın 2024-cü il vəziyyəti ilə bağlı mətbuat konfransında Aİ ölkələrini çatışmayan milli iqlim planlarını (NDC) təqdim etməyə çağırıb,
TurkicWorld bu barədə Avropa İttifaqının rəsmi saytındakı mətbuat konfransının stenoqramasına istinadən xəbər verir.
"Aİ ölkələrini çatışmayan milli enerji və iqlim planlarını təqdim etməyə çağırıram. Bu günə qədər yalnız 10 yekun plan almışıq (Aİ-də 27 ölkə var). Biz çoxdan son tarixdən kənara çıxmışıq. Bu planlar öhdəliklərin hərəkata keçməsi və investorların etibarını artırması üçün lazımdır", - Simson vurğulayıb.
Onun fikrincə, Aİ hələ də çox miqdarda fosil yanacaq idxal edir.
"Avropanın istehsal olunan təmiz enerjidən istifadə etməsi və fosil yanacaq idxalını azaltması lazımdır ki, bu da Aİ-nin rəqabət qabiliyyətini, təchizat təhlükəsizliyini və enerji suverenliyini təmin edəcək və iqtisadi dayanıqlılığı artıracaq", - Avrokomissar qeyd edib.
Simson Aİ-nin iqlim neytrallığı hədəfini həyata keçirmək və eyni zamanda sənayenin rəqabət qabiliyyətini təmin etmək üçün hazır olduğunu düşünür.
"Son 5 ildə biz bərpa olunan enerji mənbələri (BƏM) və enerji effektivliyi sahəsində yeni və daha yüksək məqsədlər müəyyən etdik. Enerji bazarlarını islahat etdik və ən qabaqcıl hidrogen iqtisadiyyatı və metan emissiyalarını azaltma konsepsiyalarını inkişaf etdirdik. 2 il ərzində BƏM-lərin istifadəyə verilməsi, 2024-cü ilin ilk yarısında külək və günəş enerjisini yeni rekordlara çatdırdı və ilk dəfə olaraq balansımızda BƏM-lərin elektrik enerjisi fosil yanacaqların enerjisini üstələyib", - Simson bildirib.
O, COP28-də dekabr ayında Dubayda Aİ-nin 2030-cu ilədək BƏM güclərinin 3 dəfə artırılması və enerji effektivliyinin sürətinin 2 dəfə artırılması üzrə Qlobal Öhdəliyə qoşulduğunu xatırladıb.
"Yaşıl investisiyalar milli bərpa və dayanıqlılıq planları vasitəsilə rekord səviyyəyə çatıb. 2024-cü ilin iyun ayının ortalarına qədər milli bərpa və dayanıqlılıq planları çərçivəsində ayrılan 240 milyard avrodan 184 milyard avro enerji ilə bağlı islahatlar və investisiyalara sərf edilib", - Simson qeyd edib.
Onun sözlərinə görə, 2022-ci iliAİ -də elektrik enerjisinin qiymətlərini endirmək üçün mandat çərçivəsində çox işlər görülüb, lakin indi struktur problemləri ilə məşğul olmalıyıq.
"Əsas yol BƏM-lərin tətbiqini sürətləndirməkdir. 2024-cü ildə BƏM-lərin istifadəyə verilməsi sürətinin gözlənildiyi qədər artmadığını müşahidə edirik. 2030-cu ilədək müəyyən edilmiş hədəflərə çatmaq üçün əlavə güclü bir təşviqə ehtiyacımız var", - Simson əlavə edib.
Qeyd edək ki, dünya ölkələri iqlim tədbirləri üzrə NDC-lərini ən azı 2025-ci ilin fevralına qədər təqdim etməlidirlər.