Bakı, , TurkicWorld
2024-cü ilin iyul ayında 1400-dən çox əməliyyat Qazaxıstandan Azərbaycana beynəlxalq pul köçürmə sistemləri (SMPD) vasitəsilə həyata keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Milli Bankının hesabatında deyilir.
Yuxarıda göstərilən əməliyyatların ümumi həcmi 1,11 milyard tenge (təxminən 2,3 milyon ABŞ dolları) təşkil edib. İyul ayında Qazaxıstandan pul köçürmələrinin sayı və həcminə görə Azərbaycanın payı müvafiq olaraq 0,7 və 1,4 faiz təşkil edib.
Eyni zamanda, iyul ayında Azərbaycandan Qazaxıstana ümumilikdə 540 milyon tenge (təxminən 491 milyon ABŞ dolları) əməliyyat aparılıb. Əməliyyatların sayı və həcmi üzrə Azərbaycanın payı müvafiq olaraq 0,8 və 2,3 faiz təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin iyul ayında Qazaxıstandan SMPD vasitəsilə həyata keçirilən pul köçürmələrinin ümümi həcmi 207,5 milyard tenge (təxminən 14,3 milyon dollar) məbləğində 274 min əməliyyat təşkil edib.
2024-cü ilin iyun ayı ilə müqayisədə pul köçürmələrinin sayında 0,5 faiz, əməliyyatların həcmində isə 12 faiz azalma müşahidə olunur.