Son dəqiqə

Türkiyə günəş enerjisi

Türkiyənin ümumi elektrik enerjisinin 14%-i günəş enerjisindən əldə edilir

Bakı, TurkicWorld

Türkiyənin günəş enerjisində mövcud gücü avqustun 7-nə olan məlumata görə 16 min meqavattı keçərək, ümumi mövcud gücün 14 faizini təşkil edir.

TurkicWorld xəbər verir ki, Türkiyə Elektrik Anonim Şirkətinin (TEİAŞ) məlumatlarına görə, Türkiyədə 7 avqust tarixinə olan məlumta görə elektrik gücü 111 min 463 meqavata, günəş enerjisi isə 16 min 4 meqavata çatıb.

Beləliklə, ümumi növcud enerjidə günəş enerjisinin payı 14 faiz qeydə alınıb.

Günəş enerjisi 78 şəhərə yayılmış elektrik stansiyalarından ibarət olmaqla, 35 əyalətdə gücü 111 meqavatdan çox olan günəş elektrik stansiyaları fəaliyyət göstərir.

Sözügedən qaynaqda 2014-cü ildə 40 meqavat olan mövcud enerji gücü 10 ildə 16 min meqavattı keçərək artmağa davam etdi.

Əsasən lisenziyasız elektrik stansiyalarından ibarət olan günəş enerjisinin mövcud gücü “paylanmış” strukturu ilə diqqət çəkir və Türkiyənin 78 vilayətində müxtəlif miqyaslı günəş elektrik stansiyaları mövcuddur.

Mövzuya görə xəbərlər