Son dəqiqə

Avtomobil sənayesi məhsulları Türkiyə Ticarət nazirliyi

Türkiyə avtomobil sənayesi məhsulları ixracını artırıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar- iyun aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 17 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

“Bu ilin iyun ayında Türkiyə 2,6 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 12,4 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023- iyun 2024) Türkiyə 35,4 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər