Son dəqiqə

Türkiyə Ticarət nazirliyi sement

Türkiyənin sement ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 9,4 faiz azalaraq, 2,1 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə 336,5 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 18,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023 – iyun 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər