Son dəqiqə

Türkiyə Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracı Türkiyənin idxalı

Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard dollara çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Bu ilin may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard 228 milyon dollara çatıb.

Bu barədə TurkicWorld-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin may ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 11,3 faiz artaraq 24 milyard 66 milyon dollar, idxalı isə 10,4 faiz azalaraq 30 milyard 568 milyon dollar olub.

“Bu ilin yanvar-may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 250 milyard 599 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar-may ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 106 milyard 877 milyon dollara, idxalı isə 9,2 faiz azalaraq 143 milyard 682 milyon dollara çatıb.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Mövzuya görə xəbərlər