Bakı.TurkicWorld :
Dünən IDEA İctimai Birliyinin ofisini ziyarət etməkdən və ətraf mühitin mühafizəsi üzərində səylə çalışan fəallarla görüşməkdən məmnun oldum.
Bu barədə TurkicWorld -in sualına cavab olaraq BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Bakıda keçirilən birgə brifinqdə deyib.
Andersen Azərbaycanda gənclərin bir çox münasibətdə getdikcə liderə çevrildiyini qeyd edib.
"Dəyişikliklər valideynlərindən suyu açmağı xahiş edən balacalardan tutmuş müəyyən qaydalara etiraz edən yeniyetmələrə qədər, həmçinin, əmək bazarına çıxan gənclər arasında baş verir. Gənclərin bu dəyişikliklərə təsir etmək imkanı var, çünki gənclər sadəcə növbəti nəsil deyil, gələcəkdir.
Bu səbəbdən rəhbər vəzifə tutanların yerlərini verərək, gəncləri prosesə cəlb etmələri vacibdir. Naziri və onun komandasını СОР29-un təşkilatçılığına görə alqışlayıram, axı onların gənc nümayəndəsi var və gəncləri danışıqlar masasına dəvət etməklə onlar üçün yer ayırıblar. Bu, vacib və əhəmiyyətlidir. Dünən IDEA-nı ziyarət etməkdən və ətraf mühitin mühafizəsi üzərində səylə çalışan fəallarla görüşməkdən məmnun oldum. Gənclərin burada, Azərbaycanda öz töhfələrini vermək üçün ruh yüksəkliyini və səylərini gördüm", - deyə o qeyd edib.