Bakı.TurkicWorld:
Bu ilin I rübündə Azərbaycan Avstriya iqtisadiyyatına 28,95 milyon ABŞ dolları investisiya yatırıb.
TurkicWorld Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 295,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Avstriyanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 8,8 % olub.
Yanvar-mart aylarında Avstriya isə Azərbaycan iqtisadiyyatına 27,2 milyonn ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 4,1 dəfə çoxdur.
İl ərzində Avstriyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,4 %-dən 1,8 %-ə qalxıb.