Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi elektrik avadanlıqları

Yanvar-may aylarında Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracı 191 milyon dollara çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar- may aylarında Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,7 faiz azalaraq, 191 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə Rusiyaya 37,7 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 35,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 6,7 milyard dollara bərabər olub.

"Bu ilin may ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 8,7 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2023- may 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər