Bakı.TurkicWorld:
2024-cü ilin yanvar-may aylarında Türkiyənin Qazaxıstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz azalaraq, 132,6 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin may ayında Türkiyə Qazaxıstana 29,8 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 6,2 faiz azdır.” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azalaraq, 7,4 milyard dollara bərabər olub.
“Bu ilin may ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 0,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.