Son dəqiqə

Azərbaycan Bolqarıstan

Bolqarıstan Azərbaycanın ixrac bazarının TOP-10-luğuna daxildir – Sahib Məmmədov

Bakı. TurkicWorld:

Bolqarıstan Azərbaycanın ixrac bazarının TOP-10-luğuna daxildir və 2023-cü illə müqayisədə ticarət dövriyyəsi dəfələrlə artıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Bolqarıstan şirkətlərinin "dəyirmi masa"sı zamanı bildirib.

O vurğulayıb ki, yalnız 2024-cü ilin birinci rübü ərzində qarşılıqlı ticarət 4 dəfə - 153 milyon ABŞ dollaradək, Azərbaycan və Bolqarıstanın ixracı isə 4 dəfədən çox – 146 milyon ABŞ dollarınadək artıb.

"Münasibətlərimizin inkişafı 65 sənədə əsaslanır. Əməkdaşlıq ənənəvi ticarət-investisiya fəaliyyətindən kənara çıxır. Biz həm də Avropa İttifaqının layihələri çərçivəsində çoxtərəfli əsasda (bu yaxınlarda 2,1 milyon avro məbləğində tvinniq layihəsi) əməkdaşlıq edirik. Bütün bunlar müxtəlif sahələrdə əməkdaşlıq və tərəfdaşlığa sadiqliyimizi nümayiş etdirir", - S.Məmmədov deyib.

O, Bolqarıstran şirkətlərini Azərbaycanın iqtisadi zonaları və ölkənin azad olunmuş ərazilərində layihələrin icrasına dəvət edib.

Qeyd edək ki, Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Bolqarıstan biznes-forumu öz işinə başlayıb. Forumda Bolqarıstan-Azərbaycan Ticarət-Sənaye Palatasının sədri Dimitar Bratanov və AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov iştirak edirlər.

Bundan başqa, forumda rəsmi şəxslər və xüsusilə sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, İKT, həmçinin, neft-qaz, tikinti, mühəındislik, mebel, sığorta, konsaltinq və ticarət sahələrini təmsil edən 120-yə yaxın iş adamı iştirak edir.

Mövzuya görə xəbərlər