Son dəqiqə

Azərbaycan Mikayıl Cabbarov Slovakiya

Azərbaycan Orta Dəhlizin formalaşmasında həlledici rol oynayıb - Mikayıl Cabbarov

Bakı. TurkicWorld:

Azərbaycan Orta Dəhlizin formalaşmasında həlledici rol oynayıb.

TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda deyib.

"Beynəlxalq nəqliyyat dəhlizlərinin ən mühüm qovşağı olaraq mövqe sərgiləyən Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən həyat qabiliyyətli ticarət marşrutu kimi formalaşmasında həlledici rol oynayıb. Faktiki olaraq, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlamaqla Orta Dəhlizin təməlini qoyduq", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz coğrafi mövqeyindən istifadə etməklə bir çox xüsusi iqtisadi zona, o cümlədən sənaye zonaları və Ələt Azad İqtisadi Zonasını (AFEZ) yaradıb.

"AFEZ ixracyönümlü yüksək keyfiyyətli məhsulların istehsalı üçün innovasiya texnologiyalarının istifadəsində maraqlı investorların cəlb edilməsinə yönəlib. Xəzər dənizinin sahilindəki ən böyük liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən AFEZ rezidentlərə vergi güzəştləri və gəlirlərin repatriasiyasında sərbəstlik təklif edir", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər