Son dəqiqə

Azərbaycan-Türkiyə-Gürcüstan biznes forum

Azərbaycanın İstanbuldakı ticarət nümayəndəliyi tezliklə tam gücü ilə işə düşəcək - Nazir

Yaxın zamanlarda Azərbaycanın İstanbuldakı ticarət nümayəndəliyi tam gücü ilə işə düşəcək.

TurkicWorld-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda türkiyəli iş adamlarının olması iki ölkə arasında iqtisadi münasibətlərə daha böyük təkan verəcək.

Nazir xatırladıb ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 3,5 milyard manat təşkil edib.

"Biz 2023-cü ilədək bu göstəricini 15 milyard dollara çatdırmağı planlaşdırırıq", - deyə o bildirib.

Mövzuya görə xəbərlər