Son dəqiqə

Azərbaycan-Türkiyə-Gürcüstan biznes forum

Azərbaycan, Gürcüstan və Türkiyə arasında azad ticarət sazişləri biznesin inkişafına rahat şərait yaradır - Natiya Turnava

Azərbaycan, Gürcüstan və Türkiyə arasında azad ticarət sazişləri artıq biznes sektorunun inkişafı üçün rahat şərait yaradır.

TurkicWorld-un məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat, dayanıqlı inkişaf naziri Natiya Turnava bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu zamanı deyib.

Nazir qeyd edib ki, bu gün hər üç ölkə koronavirus pandemiyasının fəsadlarının aradan qaldırılması ilə əlaqədar iqtisadi bərpa dövründən keçir.

"COVID-19 pandemiyası başlayandan sonra keçən müddət ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi dayanmayıb ki, bu da ölkələrimizin birlikdə nə qədər güclü olduğunun göstəricisidir", - deyə o bildirib.

Nazir əlavə edib ki, uzun illər ərzində Azərbaycan və Türkiyə həm ticarət dövriyyəsində, həm də investisiyaların cəlb olunması baxımından Gürcüstanın ən böyük tərəfdaşıdır.

"Gürcüstan öz tərəfdaşları üçün cəlbedici investisiya mühiti və dəstək mexanizmləri yaradır. Bunlar arasında maliyyələşdirmə proqramları, sadələşdirilmiş vergi sistemini qeyd etmək olar", - N.Turnava deyib.

Mövzuya görə xəbərlər