Son dəqiqə

Azərbaycan-Türkiyə-Gürcüstan biznes forum

Türkiyənin Azərbaycandakı sərmayəsi 12 milyard dollara çatıb - Mehmet Muş

İş adamlarımız Azərbaycan və Gürcüstana sərmayə qoymaqda maraqlıdır.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2020-ci ildə Türkiyə Azərbaycanın idxal və ixracında ikinci sırada yer alıb.

"Türkiyənin Azərbaycandakı sərmayəsi 12 milyard dollara çatıb. Azərbaycanın isə Türkiyədəki investisiyalarının həcmi 19 milyard dolları ötüb" - türkiyəli nazir qeyd edib.

Mövzuya görə xəbərlər