Son dəqiqə

Milli Məclis Müşfiq Cəfərov

Azərbaycana gələn turistlərə ikigirişli viza verilsin

Azərbaycanda turistlərə ikigirişli viza verilməsi təklif edilir.

TurkicWorld-un məlumatına görə, bu təkliflə deputat Müşfiq Cəfərov parlamentin bu gün keçirilən iclasında çıxış edib.

"Azərbaycana gələn turistlər bəzən Gürcüstana da getmək istəyir, ancaq oradan Azərbaycana qayıda bilmir. Elə şərait yaratmalıyıq ki, turistlər geri dönüşlərini Azərbaycandan etsin, əks halda onlar birbaşa Gürcüstana gedəcək və Azərbaycanda az müddət qalacaqlar”, - deyə deputat bildirib.

Mövzuya görə xəbərlər