Son dəqiqə

AZPROMO Azərbaycan-Türkiyə-Gürcüstan biznes forum

Qarabağın bərpasında Türkiyə və Gürcüstan şirkətlərinin imkanları müzakirə olunacaq - AZPROMO

Bu gün biz Qarabağın bərpasında Türkiyə və Gürcüstan şirkətlərinin imkanlarını geniş müzakirə edəcəyik.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO​) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib.

"AZPROMO-nun fəaliyyəti Azərbaycanın qeyri-neft ixracının inkişafına və bu sektora investisiyaların artmasına yönəlib. Biz ümidi edirik ki, bu platforma ölkələrimizin iqtisadi potensialının maksimum istifadəsinə xidmət edəcək. Bundan başqa, keçiriləcək B2B görüşlər zamanı Qarabağın bərpasında Türkiyə və Gürcüstan şirkətlərinin imkanlarını geniş müzakirə edəcəyik", - Y.Abdulayev bildirib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu işə başlayıb. Tədbirin açılışında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edirlər. Bu forum Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin iştirakçısı olan Bakı, Tbilisi və Ankara arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Foruku 2012-ci ildən bəri keçirilir. Bakı sayca VI foruma ev sahibliyi edir.

Mövzuya görə xəbərlər