Son dəqiqə

Azərbaycan Dəmir Yolları QSC Cavid Qurbanov

Cavid Qurbanov Naxçıvana çəkilən dəmir yolundan danışıb

Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək dəmir yolunun Naxçıvan hissəsində hələlik layihələndirmə işləri gedir.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əsas məsələ bu dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsidir və bununla bağlı danışıqlar aparılır.

"Bildiyiniz kimi, Ermənistan Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın icarəsindədir. Hesb edirəm ki, bu daha da uzanacaq. Kommunikasiyaların açılmasına razılıq verildikdən sonra işlərə başlamaq olar", - deyə sədr əlavə edib.

Mövzuya görə xəbərlər