Mart ayında İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 18 milyona çatıb (ÖZƏL)

Mart ayında İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 18 milyona çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin mart ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 17 milyon 671 min 971 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq 3 milyon 558 min 813 nəfər, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 14 milyon 113 min 158 nəfər təşkil edib.

2024-cü ilin mart ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 731 min 651 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 41 min 670 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 15 faiz artaraq, 689 min 982 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin mart ayı ilə müqayisədə 6 faiz artaraq, 120 min 148 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz azalaraq 26 min 435, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 93 min 713 olub.

Bu ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 43 milyon 858 min 984 nəfər, yük dövriyyəsi isə 1 milyon 966 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

X: Lamanasadli01