Son dəqiqə

Özəl Türkiyə limanları Tuzla limanı

Keçən ilin yanvar-dekabr aylarında Tuzla limanı 900-ə yaxın gəmi qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Tuzla limanı 856 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Tuzla limanı Türkiyə bayrağı altında üzən 607 gəmi qəbul edib, digər ölkələrin bayraqları altında üzən 249 gəmi qəbul edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 195 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 40 min 918, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 277 olub.

Nazirlikdən bildirilib ki, keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 697 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 190, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 507 olub.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər