Son dəqiqə

Türkiyə Yaponiya Expo 2025

“Expo-2025” ümumdünya sərgisində Türkiyə də iştirak edəcək

Yaponiyadakı “EXPO 2025” sərgisində Türkiyə də olacaq.

TurkicWorld-un məlumatına görə, Yaponiya Nazirlər Kabineti Baş Departamenti Beynəlxalq Sərgi Təqdimat Mərkəzinin əməkdaşı Nakano Takeşi 2025-ci ildə Osaka şəhərində təşkil ediləcək “EXPO” dünya sərgisinə Türkiyənin də dəvət edildiyini bildirib.

"Türkiyə xalqının və şirkətlərinin bütün dünyaya sürpriz edəcək bir şəkildə iştirakını gözləyirik. "EXPO 2025” sərgisi adı çəkilən ilin 13 aprel - 13 oktyabr tarixləri arasında Osaka şəhərinin Yumeşima bölgəsində təşkil ediləcək. Sərgi həyatlarımız üçün gələcəyin cəmiyyətini hazırlamaq devizi altında təşkil olunacaq. 150 ölkə və 25 beynəlxalq təşkilatın iştirakı gözlənilir. Bu günə qədər 63 ölkə və 5 beynəlxalq təşkilat sərgiyə gələcəyini bildirib. Bütün dünya ölkələrindən iştirak gözləyirik" - deyə o qeyd edib.

Mövzuya görə xəbərlər