Bu il Şuşada "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq

Bu il Şuşada "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq

Bakı. TurkicWorld:

Hazırda Şuşada "ASAN xidmət" mərkəzinin yaradılması ilə bağlı işlər gedir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bugün Şəhidlər Xiyabanını ziyarət edərkən deyib.

"Bu il Şuşadakı mərkəz fəaliyyətə başlayacaq. Gələcək illərdə Ağdam, Cəbrayıl, Laçın şəhərlərində regional ASAN xidmət mərkəzləri fəaliyyət göstərəcək".

Xəbər yenilənəcək