Bakı. TurkicWorld:
2023-cü ilin noyabr ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 38 faiz artaraq, 10 milyon 937 min 24 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 36 faiz artaraq 8 milyon 355 min 582 nəfər, beynəlxalq reyslər üzrə isə 46 faiz artaraq 2 milyon 581 min 442 nəfər təşkil edib.
Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 107 min 141 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq, 67 min 123 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 21 faiz artaraq, 40 min 18 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq, 85 min 347 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 30 faiz artaraq 64 min 204, beynəlxalq reyslər üzrə isə 31 faiz artaraq 21 min 143 olub.
2023-cü ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 199 milyon 648 min 144 nəfər, yük dövriyyəsi isə 3 milyon 873 min 596 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.