Son dəqiqə

Azərbaycan Türkiyə Özəl

Türkiyə olaraq təcrübələrimizlə hər zaman qardaş Azərbaycanın yanında olacağıq - Vehbi Çelikbaş (ÖZƏL) ​

Bakı. TurkicWorld:

Türkiyə olaraq təcrübələrimizlə hər zaman qardaş Azərbaycanın yanında olacağıq.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyənin "Ultia" Rəqəmsal Platformasının baş direktoru Vehbi Çelikbaş deyib.

"Biz son bir ildə Azərbaycanda rəqəmsal transformasiyaya meyilin şahidi oluruq. Bu gün burada baş verən proseslər onu göstərir ki, Azərbaycan növbəti beş ildə rəqəmsal transformasiyada sürətlə irəliləyəcək və qısa müddətdə dünyadakı bütün texnologiyalardan xəbərdar olacaq. Biz Türkiyədə qazandığımız təcrübələrlə Azərbaycanın bu səyahətinə töhfə vermək, təcrübələrimizi buraya köçürmək və bu səyahətin daha sürətli reallaşmasına töhfə vermək istəyirik",- deyə Vehbi Çelikbaş qeyd edib.

Baş direktor bildirib ki, Azərbaycanda potensiallı gənc nəsil var. Universitetlərdə texno - parkın qurulması və startaplara verilən dəstək diqqətəlayiqdir. Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, burada bir çox təcrübəni birləşdirməklə daha sürətli inkişaf əldə edilə bilər. Azərbaycanda təhsil sahəsində, xüsusən də təşkilatçılıq sahəsində çox güclü motivasiya var. Türkiyə olaraq təcrübələrimizlə hər zaman qardaş Azərbaycanın yanında olacağıq.

Qeyd edək ki, bu gün Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə “Türkiyə texnologiya bazarı ilə tanışlıq” tədbirinin ikinci mərhələsi baş tutub. Türkiyənin Kommunikasiya Texnologiyaları Klasteri (HTK), Türkiyə Proqram İstehsalçıları Birliyi (YASAD) və Türkiyə Xidmət İxracatçıları Birliyi (HİB) kimi əsas sənaye oyunçuları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirdə Türkiyənin 19 aparıcı İKT şirkətinin nümayəndələri iştirak edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər