Azərbaycan-Qazaxıstan investisiya əməkdaşlığının böyüməsi üçün böyük potensiala malikdir

Azərbaycan-Qazaxıstan investisiya əməkdaşlığının böyüməsi üçün böyük potensiala malikdir

Bakı. TurkicWorld:

Bu gün Qazaxıstan və Azərbaycan tərəfdaşlığı aktiv inkişaf etməklə böyük potensiala, həmçinin ticari-iqtisadi və investisiya əməkdaşlığının böyüməsi perspektivlərinə malikdir.

TurkicWorld xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Bauırcan Kudaybergenov deyib.

Qazaxıstan-Azərbaycan əməkdaşlığı

"Bu ilin yanvar-avqust aylarında ikitərəfli əmtəə dövriyyəsi təqribən 398 milyon dollar olmaqla 2022-ci ilin analoji dövrü ilə müqayisədə 57,2 faiz artım qeydə alınıb. İlk öncə, Azərbaycana Qazaxıstandan idxal olunan əsas mallar aşağıdakılardır: xam neft (23,5 faiz), işlənməmiş alüminium (23 faiz), neft məhsulları (22,9 faiz), buğda (11,8 faiz), relslər (2,4 faiz) və sair", - o deyib.

Nazir müavininin sözlərinə görə, Azərbaycandan Qazaxıstana ixrac olunan əsas mallıar aşağıdakılardır: borular, qara metallardan tikişsiz borular və profillər (29,3 faiz), kruiz, ekskursiya gəmiləri, bərələr və digər sərnişindaşıma vasitələri (21,5 faiz), sular, o cümlədən mineral və qazlı, şəkərli sular (15,8 faiz), neft koksu və bitumu (4,7 faiz) və s.

Kudaybergenov Azərbaycan bazarının Qazaxıstandan xam məhsul ixracı baxımından böyük maraq kəsb etdiyini bildirərək Qazaxıstanın Azərbaycana təqribən 300 milyon dollar dəyərində 100-dən çox adda qeyri-xammal tədarük etməyə hazır olduğunu əlavə edib.

"Qazaxıstanı prezidenti dəfələrlə qeyd edib ki, bizim üçün Azərbaycan ərazisindən Avropaya yük daşımaları və nəqliyyat sahəsində əməkdaşlıq məsələsi daha çox aktuallıq kəsb edir. Anlayırıq ki, hər iki ölkənin mühüm transkontinental nəqliyyat-kommunikasiya dəhlizlərində yerləşməsi bizə bu sahədə əməkdaşlığı artırmaq imkanı verir", - o deyib.

Nazir müavininin sözlərinə görə, bu kontekstdə Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün qısa və iqtisadi cəhətdən əlverişli marşrut təmin edə biləcək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və (TBNM və ya Orta Dəhliz) getdikcə daha çox aktuallıq kəsb edir.

"Ekspertlər qeyd edirlər ki, TBNM çərçivəsində Aktau vı Kurık dəniz limanlarından yüklərin aşırılmasında ikiqat artım müşahidə olunur. Belə ki, 2022-ci il ərzində təqribən 1 milyon 673 min ton yük aşırılıb (2021-ci ildə 840 min ton). 2023-cü ilin 8 ayı ərizndə yük daşımalarının həcmi 85 faiz artaraq 1 milyon 74 min ton olub (2022-ci ilin ayı ərzində 940 min ton)", - o deyib.

Kudaybergenov Qazaxıstanın strateji tərəfdaşı olan Azərbaycanla uzunmüddətli işgüzar münasibətləri nəzərə alaraq və yüksək nəticələr hədəfləyərək, əlverişli şərtlərdə aktiv fəaliyyəti davam etdirəcəyini vurğulayıb.

Qazaxıstanın Mərkəzi Asiya ölkələrinə töhfəsi

Nazir müavini qeyd edib ki, 2023-cü ilin birinci yarısında Qazaxıstan şirkətləri Mərkəzi Asiya təqribən 67,8 milyon, o cümlədən Özbəkistana 31,7 milyon, Qırğızıstana 27,4 milyon, Türkmənistana 5,8 milyon və Tacikistana 2,9 milyon dollar investisiya edib.

"Əfsuslar olsun ki, ötən ilin analoji dövrü ilə müqayisədə investisiyaların həcmi 35,5 faiz azalıb. Şübhəsiz, xarici faktorlar (geosiyasi hadisələr, sanksiya qarşıdurmalarının güclənməsi, logistika sisteminin pozulması və yüksək inflyasiya) xarici investisiyaların qlobal axınına birbaşa təsir göstərir", - o deyib.

Kudaybergenovun sözlərinə görə, investisiya fəaliyyətinin azalması bütün dünyada müşahidə olunur.

"Qazaxıstanlı investorlar üçün cəlbediciliyə gəlincə, əsas qarşılıqlı əməkdaşlıq sahələri yüngül sənaye, nəqliyyat, ticarət, kənd təsərrüfatı, maliyyə sektoru və iqtisadiyyatın digər sahələridir", - deyə o qeyd edib.

Qazaxıstan-Qırğızıstan I Regionlararası Əməkdaşlıq Forumu

Nazir müavini iki ölkə arasında qarşılıqlı fəaliyyətin yeni formatını yaratmaq üçün dövlət başçıları tərəfindən təşəbbüs göstərilmiş 2023-cü il 22-23 sentyabr tarixlərində Qazaxıstan-Qırğızıstan I Regionlararası Əməkdaşlıq Forumunun keçirildiyini vurğulayıb. Bu tədbir Qazaxıstan tərəfindən təşkil olunub və Jambıl vilayətinin Taraz şəhərində keçirilib.

"İkitərəfli görüşlər zamanı iqtisadi və sosial inkişaf, aqrosənaye və su-energetika əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub. Forumun yekunları əsasında quş əti, tibbi məhsullar və un məmulatları, kompleks mikrogübrə tədarükü, ticari vasitəçilik xidmətlərinin göstərilməsi, eləcə də yüngül sənaye və bank sahəsində təşəbbüslərin həyata keçirilməsi üzrə sənədlər imzalanıb", - o deyib.

Kudaybergenov bu sahələrdə qarşılıqlı fəaliyyətin əməkdaşlığın gələcək inkişafına, qarşılıqlı ticarət və investisiyaların artımına imkan yaradacağını qeyd edib.

Türk İnvestisiya Fondu

"Türk İnvestisiya Fondu türk dünyasının mikro, kiçik və orta müəssisə layihələrinin maliyyələşdirilməsinə yönəlmiş, fiziki və rəqəmsal infrastrukturun yaradılmasını və müasirləşdirilməsini nəzərdə tutan iqtisadi inteqrasiyasının maliyyə institutudur", - o deyib.

Nazir müavininin sözlərinə görə, Fondun yaradılması iqtisadiyyatın prioritet sahələrində layihələr üçün maliyyə vəsaiti əldə etməyə imkan verəcək.

"Maliyyələşdirmə xüsusən kiçik və orta biznes (KOB), turizm, "yaşıl" iqtisadiyyat, energetika, aqrosənaye kompleksi, nəqliyyat infrastrukturunun inkişaf xüsusiyyətlərinə eləcə də Türk Dövlətləri Təşkilatı (TDT) regionu çərçivəsindən və təşkilatdan kənarda ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə yönələcək", - deyə Kudaybergenov əlavə edib.