Son dəqiqə

Özəl Türkiyə limanları Tekirdağ limanı

İlin əvvəlindən Tekirdağ limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Tekirdağ limanı 2 min 465 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Tekirdağ limanı Türkiyə bayrağı altında üzən 664, digər ölkələrin bayraqları altında üzən 1 801 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 581 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 764, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 817 olub.

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 186 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 34 min 822, Türkiyə bayrağı altında olan gəmilər isə 16 min 364 olub.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər