BVF-nin Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

BVF-nin Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

Bakı. TurkicWorld:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşüb.

TurkicWorld xəbər verir ki, görüşdə Azərbaycanın beynəlxalq maliyyə institutları ilə çoxşaxəli və səmərəli tərəfdaşlığı, ölkəmizdə innovasiyaların geniş tətbiqi baxımından əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb. Həmçinin, ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, energetika sektorunun inkişaf perspektivləri, vergi islahatları və bu sahədə nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Tərəflər qlobal tendensiyaların iqtisadi proseslərə təsiri, Azərbaycan iqtisadiyyatının inkişaf göstəriciləri və hədəfləri, əməkdaşlığın yeni istiqamətləri və digər məsələlər haqqında müzakirə aparıblar.