Azərbaycan Orta Dəhlizin əsas tərkib hissəsidir - Böyük Britaniyanın Ticarət Departamenti

Azərbaycan Orta Dəhlizin əsas tərkib hissəsidir - Böyük Britaniyanın Ticarət Departamenti

Bakı. TurkicWorld:

Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, yaxud Orta Dəhliz) əsas tərkib hissəsidir.

TurkicWorld xəbər verir ki, bunu Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin Azərbaycan üzrə direktoru, Şərqi Avropa və Mərkəzi Asiyada energetika üzrə aparıcı mütəxəssisi Coel Con Derbişir Beynəlxalq Ticarət Həftəsi çərçivəsində "Azərbaycan və Qazaxıstan - özünüz üçün iki regional mərkəzi kəşf edin" adlı vebinarında deyib.

"Azərbaycan Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdən keçən ticarət yollarının kəsişməsində yerləşir. Əsrlər boyu Azərbaycan Şərqdən Qərbə uzanan məşhur İpək Yolunun bir hissəsi olub. Bu gün ölkənin coğrafi mövqeyi Xəzər dənizindan keçən və Çinlə Avropanı birləşdirən Orta Dəhlizin inkişafı üçün imkanlar açır. Beləliklə, Azərbaycan bu nəqliyyat marşrutu çərçivəsində mühüm komponentdir", - deyə o vurğulayıb.

Derbişir həmçinin, 1994-cü ildə Azərbaycan hökumətinin bp ilə məşhur "Əsrin müqaviləsi"ni imzaladığını və bununla Azərbaycanla Böyük Britaniya arasında möhkəm və mütərəqqi ikitərəfli və investisiya tərəfdaşlığının təməlinin qoyulduğunu qeyd edib.

"Bu, sabit və uğurlu ikitərəfli ticari və investisiya münasibətlərimizin əsasını qoydu", - deyə o əlavə edib.