Bakı. TurkicWorld:
2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin Tuzla limanı 3 milyon 625 min 102 ton yük qəbul edib.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Tuzla limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 2 milyon 254 min 96 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 371 min 6 ton yük daşınıb.
“2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin Tuzla limanından 84 min 466 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Türkiyə limanları 32 milyon 24 min 971 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 459 min 999 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 26 milyon 564 min 972 ton olub.
Bununla yanaşı, 2023-cü ilin sentyabr ayında Türkiyə limanlarından 26 milyon 699 min 441 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 292 milyon 607 min 632 ton yük qəbul edib.
2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 745 min 148 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 270 milyon 862 min 484 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 722 min 881 ton transit yük daşınıb.