Yanvar-avqust aylarında Kocaeli limanı 6 mindən çox gəmi qəbul edib (ÖZƏL)

Yanvar-avqust aylarında Kocaeli limanı 6 mindən çox gəmi qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin Kocaeli limanı 6 min 510 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Kocaeli limanı Türkiyə bayrağı altında üzən 1 979, digər ölkələrin bayraqları altında üzən 4 min 531 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin avqust ayında Türkiyə limanları 5 min 671 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 696, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 975 olub.

2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 40 min 122 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 27 min 425, Türkiyə bayrağı altında olan gəmilər isə 12 min 697 olub.

Aytac Süleymanova

Twitter: a_alieva_