Son dəqiqə

Türkiyə Misir Özəl Türkiyə limanları

İlin əvvəlindən Misirdən Türk limanlarına 14 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-avqust aylarında Misirdən Türk limanlarına 14 milyon 37 min 342 ton yük daşınıb.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Misirdən limanlara 1 milyon 614 min 655 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 12 milyon 338 min 195 ton yük çatdırıb.

Bu müddət ərzində Misir bayraqlı gəmilərlə Türkiyə limanlarına 48 min 424 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarına Misirdən 984 min 301 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin avqust ayında Türkiyə limanları 33 milyon 374 min 278 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 371 min 122 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 3 min 156 ton olub.

Bununla yanaşı, 2023-cü ilin avqust ayında Türkiyə limanlarından 5 milyon 532 min 586 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 260 milyon 582 min 661 ton yük qəbul edib.

2023-cü ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 335 min 755 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 241 milyon 246 min 906 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 46 milyon 593 min 524 ton tranzit yük daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər