Yanvar-avqust aylarında Xorvatiyadan Türk limanlarına 700 min tona yaxın yük daşınıb (ÖZƏL)

Yanvar-avqust aylarında Xorvatiyadan Türk limanlarına 700 min tona yaxın yük daşınıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-avqust aylarında Xorvatiyadan Türk limanlarına 681 min 307 ton yük daşınıb.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Xorvatiyadan limanlara 38 min 503 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 433 min 537 ton yük çatdırıb.

Bu müddət ərzində Xorvatiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 209 min 267 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarına Xorvatiyadan 876 min 983 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin avqust ayında Türkiyə limanları 33 milyon 374 min 278 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 371 min 122 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 3 min 156 ton olub.

Bununla yanaşı, 2023-cü ilin avqust ayında Türkiyə limanlarından 5 milyon 532 min 586 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 260 milyon 582 min 661 ton yük qəbul edib.

2023-cü ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 335 min 755 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 241 milyon 246 min 906 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 46 milyon 593 min 524 ton tranzit yük daşınıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01