Son dəqiqə

Türkiyə Özəl Türkiyə hava limanları Esenboğa Hava Limanı

Avqust ayında Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 8 milyona çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin avqust ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 39 faiz artaraq, 7 milyon 858 min 185 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 39 faiz artaraq 6 milyon 75 min 398 nəfər, beynəlxalq reyslər üzrə isə 41 faiz artaraq 1 milyon 782 min 787 nəfər təşkil edib.

Bu ilin avqust ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 77 min 47 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq, 49 min 179 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 18 faiz artaraq, 27 min 868 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq, 61 min 413 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 32 faiz artaraq 46 min 757, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq 14 min 657 olub.

2023-cü ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 143 milyon 207 min 94 nəfər, yük dövriyyəsi isə 2 milyon 745 min 942 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər