Bakı. TurkicWorld:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Anlaşma Memorandumu imzalayıb.
TurkicWorld bu barədə cümə günü SOCAR-a istinadən xəbər verir.
İmzalanmış sənəd SOCAR-ın Əbu-Dabidə kəşfiyyat və hasilat üzrə layihələrdə iştirakını və ADNOC tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur.
Tərəflər həmçinin üçüncü ölkələrdə neft-qaz sektorunda investisiya imkanları ilə bağlı potensial əməkdaşlıq istiqamətlərini araşdıracaq. Şirkətlər o cümlədən, bərpaolunan enerji və aşağı karbon həlləri sahəsində əməkdaşlıq edəcək.
Xəbər yenilənəcək