IGB ilə tədarük olunan qazın həcmi məlum oldu

IGB ilə tədarük olunan qazın həcmi məlum oldu

Bakı. TurkicWorld:

2023-cü ilin birinci yarısında Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə 669 milyon kubmetr qaz nəql olunub.

TurkicWorld-ə bu barədə boru kəmərinin operatoru olan ICGB şirkətindən deyiblər.

"Təkcə 2023-cü ilin ilk 6 ayı ərzində nəql olunan qazın həcmi 7,8 milyon meqavat-saat olub. Bu isə, 669 milyon kubmetrə ekvivalentdir", - deyə ICGB-nin icraçı direktorları Teodora Georgiyeva və Corc Satlas deyiblər.

Onların sözlərinə görə, Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəçiləri hazırda 22 şirkətdir.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.