Bakı. TurkicWorld:
Baş ofisi Azərbaycanda yerləşən "Cənub Qaz Dəhlizi" QSC-nin gəlirləri illik hesablamada 50,3 faiz artıb.
TurkicWorld xəbər verir ki, şirkətin gəlirləri 2021-ci ildə 1,8 milyard dollardan 2022-ci ildə 2,6 milyard dollaradək artıb.
Şirkətin ümumi gəliri 31 dekabr 2021-ci ildəki 1,4 milyard dollarla müqayisədə 64,3 faiz artaraq 2022-ci ildə 2,3 milyard olub.
Əməliyyat gəliri 74,3 faiz artaraq 1,13 milyard dollardan 1,97 milyard dollara çatıb.
"Cənub Qaz Dəhlizi" QSC-nin əsası 31 mart 2014-cü ildə dövlət (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (51 faiz) və SOCAR (49 faiz)) tərəfindən qoyulub.
SOCAR-ın CQD layihələrindəki bütün iştirak payları "Cənub Qaz Dəhlizi" QSC-yə təhvil verilib.
Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünə 31 dekabr 2020-ci ildə başlayıb. Bu il ölkə Avropaya bu marşrutla 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
2022-ci ilin iyulunda Azərbaycan və Aİ arasında enerji sektorunda əməkdaşlıq memorandumu imzalanıb ki, bu da Cənub Qaz Dəhlizi vasitəsilə qaz nəqlinin 2027-ci ilə qədər ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur.
(Tərcümə: Rəna Əbdürəhmanova)
Twitter: @Lyaman_Zeyn