Son dəqiqə

Türkiyə Türkiyə hava limanları Trabzon

İyun ayında Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb

Bakı. TurkicWorld:

2023-cü ilin iyun ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 8 faiz artaraq, 1 milyon 378 min 246 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 3 faiz artaraq 1 milyon 178 min 835 nəfər, beynəlxalq reyslər üzrə isə 51 faiz artaraq 199 min 411 nəfər təşkil edib.

Bu ilin iyun ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 12 min 611 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 9 min 149 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 42 faiz aartaraq, 3 min 462 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 11 min 263 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz dəyişərək 8 min 962, beynəlxalq reyslər üzrə isə 44 faiz artaraq 2 min 301 olub.

2023-cü ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 94 milyon 355 min 908 nəfər, yük dövriyyəsi isə 1 milyon 846 min 574 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Mövzuya görə xəbərlər