Son dəqiqə

Türkiyə Türkiyə hava limanları Esenboğa Hava Limanı

Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 5 milyonu ötüb

Bakı. TurkicWorld:

2023-cü ilin iyun ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 40 faiz artaraq, 5 milyon 495 min 966 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 38 faiz artaraq 4 milyon 363 min 394 nəfər, beynəlxalq reyslər üzrə isə 46 faiz artaraq 1 milyon 132 min 572 nəfər təşkil edib.

Bu ilin iyun ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 51 min 336 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25 faiz aartaraq, 33 min 797 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 20 faiz dəyişərək, 17 min 539 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq, 44 min 228 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 34 faiz artaraq 34 min 506, beynəlxalq reyslər üzrə isə 22 faiz artaraq 9 min 722 olub.

2023-cü ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 94 milyon 355 min 908 nəfər, yük dövriyyəsi isə 1 milyon 846 min 574 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Mövzuya görə xəbərlər