Yanvar-may aylarında Ceyhan limanı 6 milyon tondan çox yük qəbul edib

Yanvar-may aylarında Ceyhan limanı 6 milyon tondan çox yük qəbul edib

Bakı, TurkicWorld:

2023-cü ilin yanvar-may aylarında Türkiyənin Adana şəhərində yerləşən Ceyhan limanı 6 milyon 875 min 441 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ceyhan limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 93 min 849 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 6 milyon 781 min 592 ton yük daşınıb.

“2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin Ceyhan limanından 16 milyon 584 min 499 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyə limanları 35 milyon 489 min 337 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 574 min 720 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 914 min 614 ton olub.

Bununla yanaşı, 2023-cü ilin may ayında Türkiyə limanlarından 5 milyon 496 min 794 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 160 milyon 766 min 21 ton yük qəbul edib.

2023-cü ilin yanvar-may aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 11 milyon 440 min 507 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 149 milyon 325 min 514 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28 milyon 934 min 777 ton transit yük daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01