Son dəqiqə

Azərbaycan Rusiya Utair

Rusiyanın aviaşirkəti Bakıya reyslərin sayını artırıb

Bakı. TurkicWorld:

Rusiyanın Utair aviaşirkəti Surqut və Tümen şəhərlərindən Bakıya reyslərin tezliyini artırıb.

TurkicWorld bu barədə çərşənbə günü xəbər verir.

"İyun ayından aviaşirkət Suqrutdan və Tümendən Bakıya əlavə reyslər işə salıb. Artıq Surqutdan uçuşlar çərşənbə günləri saat 07:10-da, cümə cünləri saat 21:00-da və bazar günləri saat 07:30-da, Tümendən uçuşlar isə çərşənbə günləri saat 18:00-da və cümə günləri saat 19:10-da həyata keçirilir", - şirkətin məlumatında deyilir.

Qeyd edək ki, Bakıdan Surquta reyslər çərşənbə günləri saat 21:40-da, şənbə günləri saat 01:55-də və bazar günləri saat 21:45-də, Bakıdan Tümenə reyslər isə çərşənbə günləri saat 11:35-də və cümə günləri saat 22:45-də həyata keçiriləcək.

"Bakı ölkəmizin sakinləri üçün populyar turizm istiqamətidir, bu səbəbdən təyyarələrimiz Bakı ilə Rusiyanın yeddi şəhəri arasında uçuş həyata keçirir. Bu mövsümdə Sibirdən Azərbaycan paytaxtına daha çox uçuş həyata keçirməyə başladıq, lazım gələrsə, digər bölgələrdən də Bakıya uçuşların proqramını genişləndirməyi nəzərdən keçirəcəyik", - "Utair sərnişin hava yolları"nın prezidenti Oleq Semyonov deyib.

Mövzuya görə xəbərlər