Son dəqiqə

Türkiyə Türkiyə hava limanları Esenboğa Hava Limanı

May ayında Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb

Bakı. TurkicWorld:

2023-cü ilin may ayında Türkiyənin Ankara Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 39 faiz artaraq, 4 milyon 411 min 669 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, may ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 37 faiz artaraq 3 milyon 541 min 974 nəfər, beynəlxalq reyslər üzrə isə 49 faiz artaraq 870 min 172 nəfər təşkil edib.

Bu ilin may ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 40 min 774 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq, 27 min 90 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 20 faiz artaraq, 13 min 684 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin may ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq, 35 min 787 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 33 faiz artaraq 28 min 333, beynəlxalq reyslər üzrə isə 22 faiz artaraq 7 min 454 olub.

2023-cü ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 73 milyon 375 min 694 nəfər, yük dövriyyəsi isə 1 milyon 462 min 622 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Mövzuya görə xəbərlər